Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin meyiti tapıldı

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

 

Bu barədə Rezonans.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Məlumata görə, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş: