Qəzada ölənlərdən 14-ü Qırğızıstan vətəndaşıdır

img

Rusiyanın Ulyanovsk vilayətində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində həlak olanlardan 14 nəfəri Qırğızıstan vətəndaşıdır.

 

Rezonans.az xəbər verir ki, Qırğızıstanın Rusiyadakı səfirliyi məlumatı təsdiqləyib.

 

Səfirliyin konsulluq şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.

 

Xatırladaq ki, qəza avqustun 21-də gündüz saatlarında “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində baş verib. Yük avtomobili qarşı yola çıxaraq “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə sərnişin avtobusu iki yük maşınının arasında qalaraq əzilib. Mikroavtobusda olan 18 sərnişindən 15 nəfəri və yük maşınının sürücüsü həlak olublar.

Xəbəri paylaş: