Koreya Respublikası və ABŞ "Ulchi Freedom Shield" adlı birgə təlimlərə başlayıb.
Rezonans.az xəbər verir ki, təlimlər çərçivəsində dörd ildə ilk dəfə olaraq təkcə kompüter simulyasiyasına əsaslanan komanda təlimləri deyil, səhra manevrləri də keçiriləcək.
Təlimlər sentyabrın 1-dək davam edəcək.
Hərbi təlimlərdə tərəflər genişmiqyaslı müharibə ssenarisi üzərində çalışacaq. Belə ki, Şimali Koreyanın təcavüzü zamanı regionun müdafiəsini həyata keçirmək üçün tədbirlər dəqiqləşdiriləcək, daha sonra diqqət əks-hücuma yönəldiləcək.
Qeyd edək ki, Seul və Vaşinqton 13 sahədə manevr proqramı planlaşdırır.










