İsrail tarixində ilk dəfə ölkənin lideri LGBT icmasının tədbirində iştirak edəcək.
Rezonans.az xəbər verir ki, Baş nazir Yair Lapid LGBT gənclər təşkilatının yaradılmasının 20 illiyinə həsr olunmuş konsertə qatılacaq.
LGBT təmsilçiləri Baş nazirin bu addımını yüksək qiymətləndirir. Təşkilat rəhbəri Ofer Noymanın sözlərinə görə, Lapidin konsertə gəlişi İsraildə böyük əks-səda doğuracaq.
Qeyd edək ki, İsraildə LGBT-nin 120 filialı fəaliyyət göstərir.










