Ustanı iş yerində “tok” vurub öldürdü

img

Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Rezonans.az-Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, avqustun 21-i saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: