Laçında iki hərbçimiz minaya düşdü

img

Azərbaycan Ordusunun iki hərbçisi minaya düşüb.

 

Bu barədə Rezonans.az-a Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, hadisə Laçında baş verib.

 

"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.

Xəbəri paylaş: