Son sutkada vaksin vurulmayıb

img

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.


Bu barədə Rezonans.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, üç və daha çox doza vaksin vurduranların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 050 təşkil edir.

Xəbəri paylaş: