Bakıda mənzildən meyit tapıldı

img

Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş: