Dövlət Duması növbədənkənar Şura çağırdı - Ukrayna ilə bağlı xüsusi bəyanat veriləcək

img

Avqustun 25-də Rusiya Dövlət Dumasının fövqəladə şurası keçiriləcək. 


Rezonans.az Ria Novosti-yə istinadən xəbər verir ki, iclasda Ukraynadakı vəziyyətlə bağlı xüsusi bəyanat qəbul ediləcək.


Məlumatı "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov verib.
 

Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşdən sonra siyasətçi jurnalistlərə açıqlamasında deyib: "Fraksiya liderləri sədrlə yenidən görüşəcək və təxminən saat 15:00-da Dumanın Şurasını çağıracağıq, orada sərt bəyanatımız qəbul olunacaq".


Mironovun sözlərinə görə, mesaj BMT və digər beynəlxalq təşkilatlara ünvanlanacaq.

Xəbəri paylaş: