Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, müxalifətdəki Vətən Partiyasının sədri Artur Vanetsyan ictimai-siyasi xadim Edqar Qazaryanın təşəbbüsü ilə keçiriləcək etiraz aksiyasına dəstək verib.
Rezonans.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, A.Vanetsyan Paşinyan hakimiyyətinə qarşı istənilən aksiyanı dəstəkləyəcəyini bəyan edib.
O, tərəfdarlarını Edqar Qazaryanın sabah saat 17:00-a təyin etdiyi mitinqdə iştiraka çağırıb.
Xatırladaq ki, Edqar Qazaryan Müstəqillik Hərəkatının yaradılmasına başladığını elan edib və Nikol Paşinyanın istefasına nail olana kimi aksiyalar keçiriləcəyini deyib.
Avqustun 23-də İrəvanda hərəkatın ilk mitinqi planlaşdırılıb.










