
Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Rezonans.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları xəsarət alıblar.
Məlumata görə, hazırda xəsarət alanların adları dəqiqləşdirilir.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.