
Gələn aydan Ermənistanda müxalifət yenidən hakimiyyətə qarşı aksiyalara başlayacaq.
Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, aksiyalar Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı fikirlərinə görə keçiriləcək.
Məlumata görə, etiraz aksiyaları “Müqavimət” hərəkatının təşkilatçılığı ilə sentyabın 2-də İrəvanın “Fransa” meydanından başlayacaq.
Qeyd edək ki, Ermənistanda hakimiyyətə qarşı aksiyalar əvvəlcə aprelin 25-də başlayıb yüzlərlə müxalifətçinin tutulması ilə yekunlaşmışdı.