
Müharibənin bir addımlığında olan Kosova və Serbiya arasında razılıq əldə olunub.
Rezonans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.
Razılaşmaya əsasən, həm Kosova, həm də Serbiya xalqı qarşılıqlı olaraq hər iki ölkəyə səyahət edə biləcəklər. Eyni zamanda, Kosovodakı serblər də maneəsiz olaraq Serbiyaya keçəcəklər.
Borrel danışıqlar prosesində Avropa İttifaqının səylərinin nəticə verməsindən şad olduğunu vurğulayıb.