Türkiyə İraqdakı vəziyyətdən narahatdır

img

Türkiyə hakimiyyəti İraqdakı vəziyyətdən narahatdır və bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

“Bağdadda baş verən hadisələr ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid yaradıb. Dost və qardaş İraqda sabitlik və təhlükəsizlik Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Bununla bağlı olaraq biz ölkədə yayılan zorakılıqdan narahatıq və bütün tərəfləri təmkin, sağlam düşüncə nümayiş etdirməyə çağırırıq”, - XİN-dən bildirilib.

 

Türkiyə XİN ümid edir ki, İraqda siyasi fikir ayrılığı hərtərəfli dialoq vasitəsilə sülh yolu ilə həll olunacaq.

Xəbəri paylaş: