ANAMA əməkdaşı yüngül xəsarət alıb - Prokurorluq

img

Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə Rezonans.az-a Qubadlı rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: