"ADEX" və "Securex Caspian" sərgilərində yerli silahlar nümayiş olunacaq

img

Bakıda 4-cü "ADEX" beynəlxalq təhlükəsizlik sərgisi və 13-cü "Securex Caspian" sərgisində 32 ölkədən 200-dən çox şirkət iştirak edəcək.

 

Rezonans.az-ın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

 

Onun sözlərinə görə, bu il bu tədbirlərdə, həmçinin 31 rəsmi nümayəndə heyəti iştirak edəcək.

 

"Azərbaycan stendləri birinci və üçüncü zallarda, eləcə də açıq məkanlarda quraşdırılacaq. Bizim müdafiə sənayemiz yerli istehsalın bir çox yeniliklərini təqdim edəcək. Bundan başqa, sərgilərdə aviasiya, mülki və hərbi gəmilər üçün sistemlər, zirehli texnika, radio-elektron sistemlər və bir çox digər qurğu və avadanlıqlar nümayiş etdiriləcək.

 

Qeyd edək ki, tədbirlər Bakı EXPO mərkəzində keçiriləcək.

Xəbəri paylaş: