“Səlahiyyət müddətimi azaltmağa hazıram” - Tokayev

img

"Siyasi islahatlar cəmiyyətin sarsılmaz təməli olmalıdır".

 

Rezonans.az xəbər verir ki, bunu xalqa müraciətində Qazaxıstan Prezidenti Prezident Kasım Jomart-Tokayev bildirib.

 

Dövlət başçısı çıxışında Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbini izah edib.

 

"Mən bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm. Ədalətli Qazaxıstanın yaradılması yolunda hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün xalqın yeni etimad mandatı lazımdır. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də mən səlahiyyət müddətimi qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram. Prezidentlik müddətinin 7 ilə məhdudlaşdırılmasını tövsiyə edirəm. Amma təkrar seçkilər qadağan olacaq", - deyə Tokayev vurğulayıb.

Xəbəri paylaş: