Prezident iğtişaş törədənləri BAĞIŞLADI

img

Qazaxıstanda yanvar iğtişaşlarının iştirakçılarına amnistiya elan ediləcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində bildirib.

 

Prezident deyib ki, indi qazaxıstanlılar üçün birlik həmişəkindən daha vacibdir:

 

"Tətildə iştirak edənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları bizim vətəndaşlarımızdır. Yanvar hadisəsində iştirak edən vətəndaşların cəzasını dövlət yüngülləşdirir. Qanunu pozanların bəziləri öz təqsirini başa düşərək keçmiş əməllərindən peşman olublar. Məncə, onları bağışlamaq daha məqsədəuyğundur. Ona görə də yanvar hadisələri iştirakçılarına birdəfəlik amnistiya elan etmək qərarına gəldim”, - Qazaxıstan lideri vurğulayıb.

 

Tokayev qeyd edib ki, amnistiya iğtişaşların təşkilində iştirak edən əsas fiqurlara, habelə dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla dəyişməyə cəhddə ittiham olunanlara şamil edilməyəcək.

Xəbəri paylaş: