Rusiyanın canlı qüvvə itkisi 48 mini ÖTÜB

img

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın döyüş itkilərini açıqlayıb.

 

Rezonans.az xəbər verir ki, Baş Qərargahın yaydığı məlumata görə, ötən sutka ərzində Ukraynada 450 rus hərbçisi məhv edilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 350-ə çatıb.

 

Eyni zamanda Rusiyanın 1997 tankı, 4345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopteri, 196 qanadlı raketi sıradan çıxarılıb.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbəri paylaş: