Putin Ukraynadakı müharibənin məqsədini açıqladı

img

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində Rusiya əleyhinə anklavın yaradıldığını iddia edib. 

 

Rezonans.az xəbər verir ki, bu barədə o, Kalininqradda baş turan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı danışıb.

 

Onun sözlərinə görə, Rusiyanın "xüsusi əməliyyatı"nın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır -red) məqsədi bu anklavı aradan qaldırmaqdır.

 

"Buna görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar", - Putin deyib.

 

O, həmçinin iddia edib ki, Donbasda yaşayan insanlar özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, linqvistik məkanının” bir hissəsi hesab edirlər.

Xəbəri paylaş: