Oğuzda 16 yaşlı qızı qaçırdılar

img

Oğuzda 3 nəfər qız 16 yaşlı qızı qaçırıb.

 

Rezonans.az xəbər verir ki, onların Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindirərək ərazidən uzaqlaşdığı müəyyən olunub.

 

Qızı qaçırmaqda şübhəli bilinən şəxslər - Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbəri paylaş: