Yolu keçən piyadanı maşın vurub öldürdü

img

Sentyabrın 1-də saat 18 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Rəhimli idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini Könül Sadıxovanı vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

 

Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbəri paylaş: