Azərbaycanın FIFA referisi “Benfika”nın oyununa təyinat aldı

img

Azərbaycanın FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

Bildirilib ki, Məsiyev UEFA Gənclər Liqasında “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.

 

Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.

Xəbəri paylaş: