ABŞ müttəfiqlərə silah satışını artırmaq istəyir

img

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinə qarşı mübarizə aparmaq üçün müttəfiqlərə silah satışını sürətləndirmək istəyir.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

 

Bildirilir ki, Pentaqon, həmçinin Ukraynaya silah yardımı edən ölkələrin arsenalını gücləndirmək niyyətindədir. Pentaqon bunun üçün işçi qrupu yaradıb.

 

WSJ-nin məlumatına görə, işçi qrupunun məqsədi Amerikanın pilotsuz uçuş aparatlarını, silahlarını, helikopterlərini, tanklarını və digər silahlarını tərəfdaşlara və müttəfiqlərə daha tez təqdim etməkdir.

Xəbəri paylaş: