Lavrov iranlı həmkarı ilə telefon danışığı apardı

img

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər cari il avqustun 31-də Moskvada keçirilmiş danışıqların yekunları üzrə razılaşmaların hazırlanmasında ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edib.

 

Lavrov və Abdullahian yüksək və yuxarı səviyyələrdə qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər.

 

Nazirlər beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Xəbəri paylaş: