Ukraynada sursat partladı - 3 uşaq yaralandı

img

Ukraynanın Çerniqov şəhərində silah-sursat sərgisində tank əleyhinə qumbaraatan partlayıb.

 

Rezonans.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 3 uşaq yaralanıb.

 

Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaus bildirib ki, uşaqlardan birinin vəziyyəti ağırdır və o, reanimasiyadadır.

 

Hazırda hadisə yerinə baxış keçirilir.

Xəbəri paylaş: