Pakistanda yağışdan ölənlərin sayı artdı

img

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265 nəfərə çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, ölkədə son sutkada daşqınlar nəticəsində 57 nəfər ölüb. Ümumilikdə 33,4 milyon insan zərər çəkib.

 

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında olduğu bildirilir.

Xəbəri paylaş: