Qırğızıstanın sabiq prezidentinə BMT-də vəzifə verildi

img

Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri təyin edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

72 yaşlı sabiq dövlət başçısı bu vəzifədə kanadalı Debora Layonsu əvəzləyib.

 

“Roza Otunbayevanın 35 ildən artıq peşəkar təcrübəsi var”, - nazirlik bildirib.

Xəbəri paylaş: