İsrail ilə gərginliyə görə İran müdafiəsini gücləndirir

img

İran İsrail ilə gərginlik fonunda 51 şəhəri mülki müdafiə sistemləri ilə təchiz edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin müavini briqada generalı Mehdi Fərahi bildirib.

 

O qeyd edib ki, mümkün xarici hücumların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin hazırlığı artırlıb.

 

Nazir müavini deyib ki, mülki müdafiə avadanlığı İrana təhdid və risk növünə görə gecə-gündüz proqram təminatından istifadə etməklə təhdidləri müəyyən etmək və izləmək imkanı verəcək.

 

Qeyd edək ki, Qərb və İran arasında nüvə sazişinin bərpası ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb. İsrail nüvə sazişinə qarşıdır və İsrail ordusuna bütün senarilərə hazır olmaq tapşırılıb.

Xəbəri paylaş: