Çexiyada Ukraynaya qarşı genişmiqyaslı mitinq keçirildi

img

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib.

 

Rezonans.az yerli mətbuata istinadən xəbər verir ki, mitinqdə 70 minə yaxın insan iştirak edib.

 

Etirazçıların tələbləri arasında Ukraynaya silah tədarükünün dayandırılması, Rusiyaya qarşı sanksiyaların ləğvi, qazın aşağı qiymətlərlə tədarükü üçün müqavilələrin bağlanması və digər məsələlər yer alıb.

 

Baş nazir Petr Fiala nümayişə cavab olaraq Çexiyada Rusiyayönlü dezinformasiya kampaniyasının getdiyini və bəzi insanların buna məruz qaldığını bildirib.

Xəbəri paylaş: