Kaliforniyada meşə yanğınları 100-ə yaxın evi məhv edib

img

ABŞ-ın Kaliforniya bölgəsində baş verən meşə yanğınları 100-ə yaxın ev və digər tikililəri məhv edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə AP agentliyi yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

 

Yanğın zamanı ən azı iki nəfər yaralanıb, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Yanğın sentyabrın 2-də San-Fransiskodan 402 kilometr aralıda yerləşən, təxminən 2,6 min nəfər əhalisi olan Viid şəhərinin şimalında başlayıb.

Xəbəri paylaş: