Soydaşımız Türkiyədə qətlə yetirildi

img

Türkiyədə azərbaycanlılar arasında atışma baş verib.

 

Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gecə qeydə alınıb.

 

Məlumata görə, naməlum şəxslər Azərbaycan vətəndaşına tapançadan atəş açıblar.

 

Bir neçə güllə yarası alan şəxsin Ceyhun Əkbərov olduğu vurğulanır.

 

Ceyhun Əkbərovun aldığı güllə yaralarından elə yerindəcə keçindiyi bildirilir.

 

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.

 

Bildirilir ki, onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Xəbəri paylaş: