Qazaxıstandakı meşə yanğınları can aldı

img

Qazaxıstanda meşə yanğınları davam edir. Artıq yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

 

Rezonans.az xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yuri İlyin respublikanın şimalındakı Kostanay vilayətində baş verən yanğınlarda bir nəfərin öldüyünü təsdiqləyib:

 

“Bu gün səhər saatlarında Amankaraqay kəndində dağıntılar təmizlənərkən 1936-cı il təvəllüdlü əlil olan bir nəfərin ölməsi faktı aşkarlanıb”.

 

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti respublikanın şimalındakı Kostanay vilayətində irimiqyaslı meşə yanğınları nəticəsində on nəfərin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşının xəsarət aldığını bildirmişdi.

 

O da məlum olub ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətində başlayan meşə yanğınlarının söndürülməsi üçün operativ qərargahı ziyarət edəcək .

Xəbəri paylaş: