Qazaxda ağır qəza: sürücü öldü

img

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Rezonans.az-ın məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

 

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1975-ci il təvəllüdlü Aslan Məmmədov ağır xəsarətlər alıb.

 

O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

(Report)

Xəbəri paylaş: