Goranboyda ağır qəza - Ölən və yaralılar var

img

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı 1 qadın ölüb, xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: