Türk atlet dünya çempionu oldu

img

Peruda keçirilən Gənclər arasında Üzgüçülük üzrə Dünya Çempionatında Türkiyənin milli atleti Merve Tuncel 1500 metr məsafəyə sərbəst üzgüçülükdə qızıl medal qazanıb.

 

Rezonans.az xəbər verir ki, bu uğurla Tuncel Türkiynin idman tarixində ilk dünya çempionu kimi adını tarixə yazdırıb.

 

Türkiyə Üzgüçülük Federasiyasından verilən məlumata görə, Tuncel paytaxt Limada təşkil edilən idman yarışında 1500 metrlik sərbəst məsafə üzrə 16:15.95 nəticə ilə gənclər arasında dünya çempionu olub.

 

Merve Tuncel 400 metrlik sərbəst məsafədə 4.10.29 göstərici ilə qızıl medal qazanıb.

Xəbəri paylaş: