İsrail Türkiyə ilə razılaşmanı TƏSDİQLƏDİ

img

İsrailin Nazirlər Kabineti aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib.

 

Rezonans.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid tviter səhifəsində məlumat paylaşıb.

 

“Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, - deyə Baş nazir vurğulayıb.

Xəbəri paylaş: