TƏBİB Lerikdə qəzaya düşənlər barədə məlumat yaydı

img

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

 

Bu barədə Rezonans.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

 

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Xəbəri paylaş: