Avropa Rusiyaya yeni səfir göndərir

img

Avropa İttifaqı (Aİ) Moskvadakı diplomatik missiyasının rəhbərini dəyişməyi planlaşdırır.

 

Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilir ki, almaniyalı diplomat Markus Ederer diplomatik missiyasını başa çatdırıb. Onun yerini Fransadan olan Rolan Qalyaraq tutacaq.

 

 

“Aİ-nin Moskvadakı missiyasının rəhbərinin dəyişdirilməsi planlaşdırılır. Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Rolan Qalyaraq tutacaq. Onun bu vəzifəyə təyinatı iyun ayında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel tərəfindən təsdiqlənib”, - TASS-ın Brüsseldəki diplomatik mənbəsi bildirib.

Xəbəri paylaş: