Britaniyanın yeni baş naziri bu tarixdə məlum olacaq

img

Britaniyanın baş naziri, hakim Mühafizəkarlar Partiyasının sədri postuna keçirilən seçkilərin nəticələrinin açıqlanacağı tarix məlum olub 

 

Rezonans.az xəbər verir ki, nəticələr sabah yerli saatla təxminən 12:30-da açıqlanacaq.

 

Seçkilər dünən başa çatıb. Baş nazir postu uğrunda iki namizəd yarışır. Bunlar hazırkı xarici işlər naziri Liz Trass və sabiq maliyyə naziri Rişi Sunakdır.

 

Qeyd edək ki, hazırda baş nazir səlahiyyətlərini icra edən Boris Conson sentyabrın 6-da istefa ərizəsini kraliçaya təqdim edəcək. Mərasim kraliçanın Şotlandiyadakı qəsrində baş tutacaq. Yeni baş nazir də burada təsdiqlənəcək.

Xəbəri paylaş: