“Azərbaycan Təbiətinə Səyahət” layihəsinin icrasına başlanılıb

img

“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Təşkilat 1 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Azərbaycan Təbiətinə Səyahət”  layihəsinin icrasına başlamışdır.


Rezonans.az-ın məlumatına görə layihəninin əsas məqsədi orta məktəb şagirdlərindən ibarət, ümumilikdə 60 nəfər şagirdin 3 milli parka ekskursiyasını təşkil etməklə onların təbiətə adaptasiyasına dəstək olmaq, ekoloji bilgiləri möhkəmləndiməkdir.

Layihə 3 ay davam edəcək (01.09.2022-01.12.2022). Layihə çərçivəsində üç milli park müəyyən ediləcək (Abşeron, Şirvan, Şahdağ milli parkları) və bu milli parklara şagirdlərin ekskursiyası təşkil ediləcəkdir.

Xəbəri paylaş: