Zelenski Liz Trassdan gözləntilərini açıqladı

img

Britaniyanın yeni baş naziri Liz Trass həmişə Avropa siyasətinin aydın tərəfində olub və Kiyev onunla gələcək əməkdaşlığı səbirsizliklə gözləyir.

 

Rezonans.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"Ukraynada biz onu yaxşı tanıyırıq. O, həmişə Avropa siyasətinin aydın tərəfində olub", - Zelenski gecə videomüraciətində bildirib.

 

"İnanıram ki, biz birlikdə xalqlarımızın müdafiəsi və Rusiyanın bütün dağıdıcı səylərinin uğursuzluğu üçün daha çox şey edə biləcəyik", - deyə Zelenski əlavə edib.

Xəbəri paylaş: