Zelenski yeni doğulan 3 azərbaycanlıya vətəndaşlıq verdi

img

Ukraynada müharibə müddətində 3 Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən Report-a verilən açıqlamada bildirilib.

 

Qeyd edilib ki, bunlardan ikisi Ukrayna Prezidentinin sərəncamının "Ukrayna vətəndaşlığına qəbul" ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.

 

Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.

 

Bu ailələlər müharibə müddətində ölkəni tərk etməyiblər.

Xəbəri paylaş: