Rusiya Ukraynanın itkilərini açıqladı

img

“Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsus təxminən 1889 pilotsuz uçuş aparatını məhv edib”.

Rezonans.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib.
 

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
290 təyyarə, 152 helikopter, 1889 pilotsuz uçuş aparatı, 373 zenit-raket kompleksi, 4845 tank və digər zirehli döyüş texnikası, 825 raket sistemləri, 3369 səhra artilleriya qurğusu və minaatan, həmçinin 5343 ədəd xüsusi təyinatlı hərbi texnika”, - nazirliyin açıqlamasında qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi nin məlumatına görə, son sutkada Ukrayna ordusunun üç qərargahı, 52 artilleriya qurğusu və 1 “Buk-M1” buraxılış qurğusu məhv edilib.


Bildirilib ki, Rusiya Aerokosmik Qüvvələri son sutkada Zaporojye vilayətində Ukraynanın 65-ci mexanikləşdirilmiş briqadasının 100-ə qədər hərbçisini zərərsizləşdirib.
 

“Rusiya Aerokosmik Qüvvələrinin Veselyanka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının 1-ci batalyonunun müvəqqəti dislokasiya məntəqələrinə endirdiyi yüksək dəqiqlikli zərbələr nəticəsində 100-dək yaraqlı və 15 hərbi texnika məhv edilib”, - məlumatda deyilir.

Xəbəri paylaş: