Britaniyanın yeni baş naziri Kiyevə səfər edəcək

img

Ukraynanın Böyük Britaniyadakı səfirliyi ölkənin yeni baş naziri Liz Trussın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko məlumat verib.

 

“Biz artıq Liz Trussın Kiyevə gəlişinə hazırlaşmağa başlamışıq”, – deyə Pristayko bildirib.

 

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Liz Truss sentyabrın 6-da Böyük Britaniyanın baş naziri təyin edilib, o, bu vəzifədə Boris Consonu əvəz edib. 

Xəbəri paylaş: