Paşinyan Rusiyaya getdi - Putinlə görüşəcək

img

Ermənistan baş nazir Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə səfər edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb.

 

Paşinyanı baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Hakop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər daxildir.

 

O, 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya aparan yolda” mövzusunda plenar iclasında iştirak edəcək.

 

Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında da görüş nəzərdə tutulub.

Xəbəri paylaş: