Ərdoğanın Balkan səfəri başladı

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya səfər edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

 

O, Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin rəhbəri Şefik Jaferoviç ilə danışıqlar aparıb.

 

Kiçik görüş Türkiyə liderinin rəsmi qarşılanma mərasimindən dərhal sonra baş tutub.

 

Mətbuat üçün qapalı keçirilən görüşdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri Zelko Komşiç və Milorad Dodik iştirak ediblər.

 

Görüşdən sonra Türkiyə lideri Türkiyə-Bosniya və Herseqovina biznes forumunda iştirak edib.

 

Ərdoğan sentyabrın 6-da axşam saatlarında Belqrada yola düşəcək.

Xəbəri paylaş: