Kraliça II Elizabetin səhhəti pisləşib

img

Böyük Britaniya kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb.

 

Rezonans.az xəbər verir ki, həkimlər kraliçanın sağlamlığından narahat olduqları üçün onun Balmoral sarayında tibbi nəzarət altında qalması barədə qərar veriblər.

 

“Hərtərəfli müayinədən sonra kraliçanın həkimləri Əlahəzrətin səhhətindən narahat olublar və onun həkim nəzarəti altında qalmasını tövsiyə ediblər”- açıqlamada deyilir.

 

Həkimlər dincəlməyi tövsiyə etdikdən sonra Kraliça Şəxsi Şuranın iclasını təxirə salıb.

Xəbəri paylaş: