
Xarkov vilayətində ukraynalı müdafiəçilər ruslar tərəfindən müvəqqəti işğal edilmiş 20-dən çox yaşayış məntəqəsini azad ediblər.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov bildirib.
Onun sözlərinə görə, itirilmiş ərazilərin bərpası məqsədilə Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələri Milli Qvardiyanın bölmələri və digər hüquq-mühafizə orqanları birgə işlər görür.