Veteran cüdoçumuz 10-cu dəfə dünya çempionu oldu

img

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

Rezonans.az xəbər verir ki, çempionatda 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.

Xəbəri paylaş: